Satıcı iclası (film, 2020)
Satıcı iclası — rejissoru Bedran Güzel, ssenari müəllifi isə İbrahim Büyükak olan Türkiyə istehsalı komediya filmidir. Filmdə İbrahim Büyükak, Onur Buldu və Doğu Demirkol rol alıb. Film 21 fevral 2020-ci ildə nümayiş olunub.
== Məzmun ==
Anadoludan bir satıcı iclası üçün İstanbula gələn Namiq, Adəm və Sadiq, həyatlarının çətin anlarını yaşayarkən bir satıcı görüşündə yolları kəsişir. Gözlənilməz hadisələr nəticəsində özlərini çılğın bir planda görürlər. Üç satıcının bir -birlərinə güvənmək və sağ qalmaq üçün tez hərəkət etməkdən başqa çarələri yoxdur.